к ленте
PASHA Insurance

frontend developer

офис, офис Баку
коротко о вакансии

PAŞA Sığorta ищет старшего фронтенд-разработчика в офис Баку. Нужно проектировать масштабируемые приложения на React и TypeScript, строить micro-frontend архитектуру, создавать переиспользуемые библиотеки и проводить code review с менторством. Требуется минимум 3 года опыта, знание Vite, Module Federation и автоматизированного тестирования.

о вакансии

PAŞA Sığorta ASC namizədləri Senior Frontend Developer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Senior Frontend Developer olaraq, məhsulun inkişafına, frontend arxitekturasının formalaşdırılmasına və mühəndislik təcrübələrinin davamlı təkmilləşdirilməsinə töhfə verəcəksiniz. Bu rolda, miqyaslana bilən və yüksək performanslı frontend tətbiqlərini layihələndirəcək, mürəkkəb biznes funksionallıqlarını həyata keçirəcək və texniki məsuliyyət daşıyacaqsınız. Eyni zamanda, reusable library-lər və shared component-lər hazırlayaraq frontend mühəndislik standartlarını formalaşdıracaq və tətbiq edəcəksiniz. Texniki istiqamətləndirmə, code review və mentorluq fəaliyyətləri ilə komandaya dəstək verəcəksiniz.

задачи

Miqyaslana bilən, etibarlı və yüksək performanslı frontend tətbiqlərinin layihələndirilməsi, hazırlanması və dəstəklənməsi. Mürəkkəb biznes funksionallıqlarının hazırlanması və end-to-end texniki məsuliyyətin götürülməsi. Micro-frontend arxitekturasının qurulması və inkişaf etdirilməsi. Reusable library-lərin, shared component-lərin və daxili development alətlərinin hazırlanması. Frontend engineering standartlarının və best practice-lərin formalaşdırılması və tətbiqi. Tətbiqlərin performance, security, observability və maintainability göstəricilərinin təkmilləşdirilməsi. Texniki istiqamətləndirmənin təmin edilməsi, code review və mentorluq fəaliyyətlərinin həyata keçirilməsi. Product, Design, Backend və DevOps komandaları ilə əməkdaşlıq edilməsi.

требования

JavaScript və TypeScript üzrə yüksək səviyyədə biliklər. React, Vite və müasir build tools ilə güclü praktiki iş təcrübəsi. Micro-frontend arxitekturası və Module Federation üzrə təcrübə. JavaScript runtime, browser internals və Web API-lər üzrə dərin biliklər. Software Architecture və Design Patterns üzrə güclü biliklər. Shared libraries, package management və dependency management üzrə təcrübə. Automated testing, code quality tools və CI/CD pipelines ilə iş təcrübəsi. Web Performance və Web Security üzrə dərin biliklər. Dil bilikləri: Azərbaycan, İngilis. Frontend development üzrə minimum 3 il iş təcrübəsi. Ali təhsil.

условия

Biz Sizə Təklif Edirik: Dəyər yaradan işlər - Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda - Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları - Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti - Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

все вакансии для разработчиков

похожие вакансии